Məhkəmə baxışında “Daşınmaz əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi şəxsin Baki şəhər ərazi idarəsinin təmsilçisinin iştirak edəcəkmi?
****
“Nərimanov bələdiyyəsinin qarşılıqlı iddiası üzrə növbəti məhkəmə baxışı Nərimanov məhkəməsinin hakimi Gültəkin əsədova oktyabr ayıının 10-u tarixinə təyin edib”- bu barədə Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Belediyye.infoya verdiyi açıqlamasında bildirib ki, qarşılıqlı iddia üzrə növbəti, sayca dördüncü məhkəmə baxışında “Daşınmaz əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi şəxsin Baki şəhər ərazi idarəsinin təmsilçisinin iştirakının təmin edilməsi gözlənilir.
“Daşınmaz əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi şəxsin Baki şəhər ərazi idarəsinin əməkdaşı bundan əvvəl keçirilən üç məhkəmə baxışının heç birində iştirak etmədiyindən hakim Gültəkin əsədova bələdiyyənin təmsilçinin iştirakının təmin edilməsiylə bağlı vəsadətini təmin etmişdi. əlavə edək ki, bundan əvvəl iddia ərizəsiylə bağlı həm hazırlıq iclası, həm də üç dəfə məhkəmə baxışı keçirilib.
Xatirladaq ki, Məhkəmə baxışında Nərimanov bələdiyyəsinin qarşılıqlı iddia ərizəsiylə Nərimanov məhkəməsində keçirilən məhkəmə baxışında cavabdeh kimi əliməmmədov Natiq islam oğlu, “inteks” MMC və “Daşınmaz əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi şəxsin Baki şəhər ərazi idarəsinin təmsilçiləri iştirak etməli idilər. Lakin üçüncü dəfədir ki, keçirilən baxışda “Daşınmaz əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi şəxsin Baki şəhər ərazi idarəsinin təmsilçisi iştirak etməyib. Bələdiyyənin vəsadəti isə baxışda bu qurumun təmsilçisinin iştirakının təmin olunmasıyla bağlı idi.
Sədr son olaraq bir daha qeyd edib ki, Nərimanov bələdiyyəsi məhkəmə hakimi tərəfindən ədalətli qərar verilənədək mübarizəni aparacaq.
Belediyye.info